Yaxın gələcəkdə Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfər edə bilər.
Qanunla.az xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı Maka Boçorişvili deyib.
“Yaxın gələcəkdə Türkiyə prezidentini (ölkəmizdə) qəbul etməyə imkanımız olacağını gözləyirik. Mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, – deyə, Gürcüstanın XİN rəhbəri bildirib.