image-qanunla-reklam
image-1623413283_metinaaa4

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

image-lady-day-az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO zirvəsindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
“Haber Global” məlumat verir ki, o, Azərbaycana gəlmək məsələsinə də toxunub:
“Son görüşümüz Baydenlə olacaq, sonra Azərbaycana gedəcəyik. Bildiyiniz kimi, əvvəlcə Füzuliyə enəcəyik, sonra Şuşada qardaşım İlham Əliyevlə görüşəcəyik və iki ölkə olaraq aramızda saziş imzalayacağıq. Bu, hərtərəfli bir müqavilə olacaq. Azərbaycanda Türkiyə millisinin oyununu birlikdə izləyəcəyik. Daha sonra Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Ölkələri Liderləri Sammitində iştirak edəcəyik. Sonra da inşallah yenidən işimizə başlayacağıq”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki