image-970_50
image-modern-az-22-12-2021-1640155563

Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı müqaviləni TƏSDİQLƏDİ

image-suni_mayalanma_qiymeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinə bina təhsis edilməsinə dair Protokolu” təsdiqləyib.

 

Qanunla.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Fateh rayonunda yerləşən binanın aylıq kirayəsi 76 500 lirə olacaq.

 

Xatırladaq ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

 

Eyni gündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki