image-qanunla-reklam
image-fotojet-67

Ərdoğan: “Türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacaq”

image-lady-day-az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra ölkə valyutasının vəziyyəti barədə açıqlama verib.

Türkiyə Prezidenti bildirib ki, lirənin məzənnəsi üçün yeni tənzimləmələr olacaq.

Türkiyə lideri qeyd edib ki, Türkiyədə insanların banka qoyduğu türk lirəsi xarici valyutadan (ABŞ dollarından) üstünlük təşkil edərsə, bu, onlara daha çox gəlir gətirəcək:

“İnsanlarımızın türk lirəsinin bankdakı əmanət gəliri məzənnə artımından yüksək olarsa, qazanc əldə edəcəklər. Əgər xarici valyutanın məzənnəsi artarsa, aradakı fərqi biz birbaşa vətəndaşımıza ödəyəcəyik. Bundan sonra heç bir vətəndaşımızın “valyuta məzənnəsi daha yüksək olacaq” deyə, əmanətlərini türk lirəsindən xarici valyutaya keçirməsinə ehtiyac qalmayacaq”, – Türkiyə Prezidenti bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki