image-qanunla-reklam
image-cumhurbaskani-erdogan-yunanistan-almanya-ya-d-12831819_amp

Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib

image-lady-day-az

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə səfərdə olan Salvador prezidenti Nayib Bukele ilə birgə mətbuat konfransı keçirib.

Tədbir zamanı dövlət başçısı Rusiya-Ukrayna gərginliyi barədə də danışıb.

“Biz istəyirik ki, bölgədə sülh hakim olsun və digər neqativ hadisələr baş verməsin. İstəyimiz cənab Putin və cənab Zelenskini bir araya gətirmək, üz-üzə görüş keçirmələrini təmin etməkdir”, – deyə o, bildirib.

Ərdoğan qeyd edib ki, Putinin Türkiyəyə və özünün də Ukraynaya səfərinə böyük əhəmiyyət verir.

O, həmçinin gələn ayın əvvəlində Ukraynaya səfər edəcəyini də təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki