image-qanunla-reklam
image-erdogan_5

Ərdoğan Türkiyənin yerli peyvəndinin adını AÇIQLADI

image-lady-day-az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3-cü mərhələsi tamamlanan yerli COVID-19 peyvəndinin adını açıqlayıb.

Qanunla.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli peyvəndlə vaksinasiya prosesinə bu gün ölkə başçısının onlayın müraciəti ilə Ankara Şəhər Xəstəxanasında start verilib.

“Bütün Türkiyə üzrə dildə asan səslənməsi baxımından peyvəndin TURKOVAC (Türkiyənin Koronavirus Vaksini) adlandırılması uyğundur. Epidemiya ilə mübarizədə dünyada bilinən ən effektli və geniş yayılan vasitə peyvənddir. Üçüncü mərhələsinin ilk tətbiqi reallaşdırılan peyvəndlə birlikdə Türkiyə artıq yeni dönəmin qapılarını araladı”, – Ərdoğan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki