image-qanunla-reklam
image-erdogan1

Ərdoğan xəbərdarlıq etdi və anons verdi

image-lady-day-az

Tələləri aradan qaldıraraq və qarşımıza çıxan maneələri dəf edərək, yolumuza davam edirik. Ölkəmizin 2023-cu il hədəflərinə çatmasında qərarlıyıq.

Qanunla.Az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizi diz çökdürə bilməyəcəklərini başa düşənlər indi də gözlərini millətimizin birliyinə, həmrəyliyinə və gücünə dikdilər. Bu oyunu gördüyü üçün millətimiz bir-birinə sıx bağlanıb”, – Ərdoğan qeyd edib.

Ərdoğan Türkiyənin suveren hüquqlarına hörmət etməyənlərin ölkəsi üçün heç bir qiyməti olmadığını vurğulayıb:

“Bu anlayışla Suriyadan Liviyaya, Aralıq dənizindən Egeyə qədər bütün mübarizələrimizi davam etdirdik. Bütün dünya zamanla haqlı olduğumuzun şahidi oldu. Bu istiqamətdə qarşıdakı günlərdə bir çox faydalı gedişatları birlikdə yaşayacağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki