image-qanunla-reklam
image-erdogan_teze

Ərdoğandan türk liderlərinə Qarabağ çağırışı – Video

image-lady-day-az

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türk Şurası Liderlər Zirvəsində çıxışı zamanı həm də Azərbaycanı Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik etdi və həmkarlarına məsləhət gördü ki, hamılıqla birlikdə Azərbaycanın yanında olaq. Bu, mühüm bir hadisədir. Türkiyə Prezidenti açıq şəkildə türk ölkələrinə “Gəlin, bir olaq və birlikdə yeni bir güc forlamalaşdıraq” dedi.

Bu sözləri Qanunla.Az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə qeyri-rəsmi Zirvə görüşünü şərh edərkən deyib.

O bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə görüşü gözlənildiyi kimi çox maraqlı keçdi:

“Xüsusilə Azərbaycan və Türkiyə prezidentlərinin çıxışları mühüm məqamlarla yadda qaldı.

Ərdoğanın Ramazan bayramından sonra Şuşaya gələcəyini deməsi bəlkə də Zirvə görüşünün ən diqqətçəkən məqamı idi. Məsələ ondadır ki, Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımız var. Rusiyanın və Kreml sahibinin Qarabağdakı “planlarını” Türkiyə və Ərdoğan poza bilər. Kreml Qarabağda qarşısında Türkiyəni görməlidir, əks halda Azərbaycan torpaqlarında hərbi baza qurmağa çalışacaq. Buna yol vermək olmaz. İnanıram ki, Türkiyə Cümhurbaşqanının Şuşada verəcəyi mesajlar arasında bu da olacaq.

Ərdoğan çıxışını həm də digər türk liderlərini onunla birlikdə Şuşaya getmələri üçün dəvət kimi də saymaq olar. Yəni sözlü dəstəyi bir kənara qoyub, artıq əyani fəaliyyətə keçmək lazımdır. Ərdoğan kimi digər türk liderləri də işğaldan azad edilmiş torpaqlarımıza, xüsusilə Şuşa şəhərinə gəlsə, bu, türk dünyasının indiki halda Azərbaycana verəcəyi ən böyük dəstək olacaq”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki