image-qanunla-reklam
image-1664349493-ovculuq

Ergi düzündə qanunsuz ov edənlər saxlanıldı

image-lady-day-az

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunla.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağcabədi rayon sakinləri E.Əliyev, Ə.Qasımov və Ş.Həsənovun Ergi düzü ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki