image-qanunla-reklam
image-1639031612_fotojet-2021-12-09t095921-350

Erməni əsgər xidmət yoldaşı tərəfindən güllələndi

image-lady-day-az
Ermənistan ordusunun 2003-cü il təvəllüdlü əsgəri Senik Saakyan güllə yarası alaraq ağır vəziyyətdə hospitala yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə dekabrın 8-i saat 23:50 radələrində ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birində baş verib.
İlkin məlumatlara görə, S.Saakyanı xidmət yoldaşı güllələyib. Yaralının vəziyyətinin kritik olduğu bildirilir.
Qeyd edək ki, özbaşınalığın hökm sürdüyü Ermənistan ordusunda əsgərlərə qarşı zorakılıq və cinayətlərlə bağlı faktların sayı getdikcə artmaqdadır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki