image-qanunla-reklam
image-su25

Erməni hərbçiləri müharibədə öz təyyarələrini vurub – STTM

image-lady-day-az

Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd Su-25 hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Qanunla.Az xəbər verir ki, bu, Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi “Qafqazda Fırtına” adlı analitik məcmuədə yer alıb.

STTM-in mənbələri iddia edir ki, Ermənistanın Hərbi Hava Qüvvələri bu ölkənin hava hücumundan müdafiə qüvvələrinə zərbələr endirib

Qeyd edilir ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənstanın dörd Su-25 hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. Su-25 təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki