image-qanunla-reklam
image-1619000554_b0628fe0bccdcc6203a9358e421d19f1

Erməni ordusunun əsgəri: “Azərbaycan bütün artilleriyamızı məhv etdi”

image-lady-day-az
Ermənistan ordusunun keçmiş hərbçisi, 23 yaşlı Tiqran Danielyan onun üçün Qarabağdakı 44 günlük müharibənin oktyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinin PUA ilə sonuncu erməni topunu vurması ilə sona çatdığını deyib.
Bu barədə Danelyan erməni KİV-lərinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Azərbaycan ordusu PUA-ların köməyi ilə bütün erməni artilleriyasını sıradan çıxarıb:
“Sonuncu bazaya bir top və 25 hərbçi ilə çatdıq. 21 oktyabrda son topa vurulan zərbə nəticəsində daha 7 nəfər öldü, 9 nəfər yaralandı.
Bütün tağımda axırda yalnız 9 nəfərin sağ qaldığını biləndə, alay komandirinin şəxsi heyətlə iş üzrə müavini ilə görüşdük, faktiki olaraq döyüş əməliyyatlarında iştirak edə bilməyəcəyimizi dedik, çünki texnika zədələnmişdi, komandir yaralanmışdı, onun müavini isə ölmüşdü”.
“Bizim kimi hərbi texnikaları məhv edilmiş əsgərlərin olduğu bir kəndə yollandıq. Onların arasında çətin psixoloji vəziyyətə düşənlər də var idi”, – deyə o əlavə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki