image-970_50
image-zaxarova

Erməni Rusiyaya “burnu uzun” dedi – Zaxarovanın cavabı

image-728_90

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkə hesabında erməniləri ələ salıb.

Qanunla.Az Oxu.az-a istinadən xəbər verir ki, M.Zaxarova Feysbuk hesabında Ukrayna Konstitusiya Məhkəməsinin “Ukrayna dilinin dövlət dili kimi istifadəsini təmin etmək haqqında” qanunu ölkə konstitusiyasına uyğun hesab etməsi barədə məlumata münasibət bildirib.

Bu paylaşıma isə Armine Xarazyan adlı erməni sosial şəbəkə istifadəçisi “tənqid” xarakterli şərh yazıb:

“Bu sizi niyə belə narahat edir? Bəs bu Almaniya və ya Fransa olsaydı… Niyə digər suveren ölkə üçün narahat olursunuz? Burnunuz niyə belə uzundur? Və o, həmişə lazım olmayan yerdədir”.

Erməni istifadəçinin bu şərhinə isə Rusiya XİN-in rəsmi nümayəndəsi olduqca məharətlə cavab verib və istifadəçini lağa qoyaraq əslində ona yerini göstərib:

“Niyə bizi nəyinsə narahat etməsi, sizi bu qədər narahat edir?”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki