image-qanunla-reklam
image-save_20210329_150238

Erməni vandalları Qarabağda Azərbaycan mədəniyyətini talan ediblər

image-lady-day-az

Qarabağ tarixən öz mədəni abidələri, mədəniyyət nümunələri ilə bütün dünyada tanınıb. Qarabağ ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyətinin qədimliyi ilə nəinki Azərbaycanda, hətta dünya ölkələri arasında xüsusi çəkiyə malik bölgədir. Qarabağ sənətkarlarının əl işləri dünya muzeylərinin bəzəyidir. Qarabağlı ustaların min illərlə əməyi sayəsində bu ətraf ərazilər hər zaman fərqli dinamikada inkişaf edib. Yaradılan məişət əşyalarının, sənətkarlıq nümunələrinin üzərindəki naxışlar, milli ornamentlər bu bölgənin məhz azərbaycanlılara aid olduğunun tarixi sübutudur. 30 ilə yaxın müddət ərzində zəngin mədəniyyəti, mədəni irsi olmayan erməni vandallar işğal altında saxladıqları Qarabağı, Şuşanı saxtalaşdıraraq erməniləşdirməyə cəhdlər ediblər. Mənfur düşmən torpaqlarımızı zəbt etməklə, insanları öz tarixi ata-baba yurdundan qovmaqla… bir sözlə barbarlıq etməklə kifayətlənməmiş, tarixi abidələrimizi də darmadağın etmişlər. Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinə, Şuşa Dövlət Rəsm Qalereyasının binasına, Şuşa Xalça Muzeyinə və bir çox mədəniyyət nümunələrimizə ciddi ziyan dəyib. Müxtəlif dövrlərdə Qarabağ xalçaçılıq məktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Mədəniyyət Nazirliyinin məlumatına əsasən Dağlıq Qarabağda, ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdürdü. Ötən əsrin 90-cı illərinin əvvəllərinə olan statistikaya əsasən işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdır. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi. Bu ərazilərdə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri-Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Qarabağ ərazisində kompleks işlərə start verilmişdir. Tarixi mədəniyyət abidələrinin bərpasına başlanılmışdır. Murdar xislətli ermənilər unutmasınlar-Əsrlərdir ki, Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsidir. Baxmayaraq ki, dağıdıblar, talan ediblər, viran qoyublar… çox qısa müddətdə bərpa edəcəyik, daha müasir görkəmə gətirəcəyik. Çünki, biz bunu bacarırıq! Biz öğru deyilik! Biz torpaqlarımızı da, mədəniyyətimizi də, tariximizi də qorumağı və inkişaf etdirməyi bacarırıq!

Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki