image-qanunla-reklam
image-618a26eb9040f618a26eb904101636443875618a26eb90408618a26eb9040b

Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb – FOTO

image-lady-day-az

 

Ermənilər Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən “Başıkəsik günbəz”in ətrafını minalayıb.

1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçən kənd Vətən müharibəsi dönəmində ermənilərin müşahidə postuna çevrilib. Ermənilər kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıb.

Altı əsrdən çox yaşı olan günbəz inşa olunduğu illərdə tikintisi yarımçıq qaldığına və üstü açıq olduğuna görə “Başıkəsik günbəz” adlanıb. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq günbəz bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən divarları və ətrafı dağıdılıb.

Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi 2020-ci il oktyabrın 23-də azad olunub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki