image-qanunla-reklam
image-1630676705-1415042

Ermənilər “Maşa və Ayı”nın Azərbaycan buraxılışını SİLDİRDİ

image-lady-day-az

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi “Youtube” səhifələrindən silinib.

Qanunla.Az  xəbər verir ki, avqustun əvvəlində cizgi filminin Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

Xatırladaq ki, həmin buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörək və  dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunmuşdu. Bundan başqa, filmdə məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı – pinəçilik də nümayiş olunub.

Cizgi filminin bu buraxılışı “YouTube” kanalında qısa müddətdə xeyli baxış toplamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki