image-qanunla-reklam
image-xocave

Ermənilər Xankəndidə evləri satışa çıxardı – Necə almaq olar?

image-lady-day-az

Ermənistanın əmlak saytlarına nəzər saldıqda 2020-ci il müharibəsindən sonra qiymətlərin aşağı düşdüyünü müşahidə etmək mümkündür. Bununla bərabər, Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə, hətta avadanlıqlarla birgə satışa çıxarılan əmlaklarının sayının artdığını görmək olar.

Bu ucuzlaşma əsnasında Azərbaycan vətəndaşları Xankəndə mənzillər ala bilərmi?

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, hazırda azərbaycanlıların Xankəndi, Xocalıdan ev almasının perspektivi yoxdur:

“Ermənilər özləri də başa düşürlər ki, onların Xankəndində uzun müddət qalma perspektivləri sıfıra bərabərdir. Çünki onlar bu və ya digər tarixi dövrlərdə Azərbaycana qarşı cinayətlər törədiblər. Bilirlər ki, gələcəkdə də problemlər ortaya çıxacaq. Ona görə də tqısa zamanda ərazini tərk etmək qərarına gəliblər.

Hesab edirəm ki, məsələni biryolluq həll etmək lazımdır. Hər hansı Azərbaycan vətəndaşının müstəqil şəkildə Xankəndidən ev alması sonradan onun istifadə olunub-olunmaması problemini ortaya çıxara bilər. Əgər belə meyllər kütləvidirsə, Azərbaycan hökuməti dövriyyəyə girib bütün evləri almaq imkanını ortaya qoya bilər. Lakin mən bunu real görmürəm.

Əvvəlcə Xankəndinin Azərbaycana inteqrasiyası təmin edilməlidir. Hazırda orada olan seperatçı rejim hakimiyyətdən uzaqlaşdırılmalıdır, Azərbaycasn öz hakimiyyətini qurmalıdır. Bundan sonra əgər oradakı ermənilər həmin ərazidə yaşamaq istəməzsə, bu proseslərə start verilə bilər.

Hazırda isə bu fikir real deyil. Xankəndidə seperaçtı rejimin davam etdiyi şəraitdə orada evlərin alınması real nəticələri ortaya qoymağa imkan verməyəcək. Hər şey alqı-satqı müqaviləsinin üzərində qalacaq”.

Ekspert bildirib ki, sözügedən ərazilər əvvəl Azərbaycana reinteqrasiya edilməli, daha sonra alqı-satqı məsələsi gündəmə gətirilməlidir:

“Əvvəlcə Azərbaycan Xankəndini özünə reinteqrasiya etməlidir. Ondan sonra orada yaşayan dinc əhaliyə Azərbaycan Konstitusiyasında nəzərdə tutulan hüquqlar verilməlidir, bundan sonra orada yaşamaq istəməzlərsə, diskomfort hiss edərlərsə, bu zaman evlərin alınmasından söhbət gedə bilər. Mövcud ərazi hələ ki Azərbaycan daşınmaz əmlak bazarına aid deyil. Baxmayaraq ki, Qarabağı azad etmişik, amma Xankəndiyə nəzarət hələlik  bərpa olunmayıb. Bu nəzarət bərpa ediləndən sonra proseslərə start vermək olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki