Qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda “Azercell” əməkdaşına atəş açıb.

Qanunla.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb –FOTOErmənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb –FOTO