image-qanunla-reklam
image-1671443190-mina-2

Ermənilərin Xocavənddəki postunda MİNA PARTLAYIŞI

image-lady-day-az

Dekabrın 18-də günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.

“Qanunla.az”ın məlumatına görə, partlayış nəticəsində qanunsuz dəstənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdiriblər.

Məlumatda o da qeyd olunur ki, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya olunub.

Vəziyyəti ağır qiymətləndirilən qanunsuz erməni silahlı dəstəsinin digər üzvü isə baş və diz nahiyəsindən çoxlu qəlpə yarası alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki