image-qanunla-reklam
image-mudafie_nazirliyi

Ermənistan atəşkəsi pozdu: Ordumuz cavab atəşi açdı

image-lady-day-az

yulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, az öncə Ermənistan MN atışma nəticəsində erməni əsgərin məhv edildiyi haqda məlumat yaymışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki