image-qanunla-reklam
image-haubitsa

Ermənistan bu silahlara güvənib, sülhü pozarsa…

image-lady-day-az

Fransanın Ermənistana “Sezar” (CAESAR) artilleriya sistemlərini verməsi ilə bağlı ikitərəfli müqavilə ilə rəsmi Paris iki faktı təsdiq edir:

– “Müdafiə xarakterli silahlar”dan rəsmi şəkildə imtina olunur;

– Ermənistanı Azərbaycana qarşı silahlandırır.

2023-cü ilin oktyabrından sonra Fransa Ermənistanı silahlandırmasını “heç bir ölkəyə qarşı” olmadığını deyir, bunu silahların əsasən “müdafiə xarakterli” olması ilə əsaslandırırdı. Hərçənd bu müddətdə Fransa Ermənistanı Hindistan vasitəsilə hücum silahları ilə təmin edib. “Sezar”ların Ermənistana verilməsi məsələsini ötən ilin dekabrında Fransa Senatı gündəmə gətirmiş, bununla bağlı Makron Administrasiyasına müraciət etmişdi. “Sezar”ların Ermənistana verilməsi ilə bağlı müqavilənin indi imzalanması da təsadüfi deyil.

Birincisi, rəsmi İrəvan KTMT-dən çıxacağını ən yüksək səviyyədə elan etdi və bu, Ermənistanın təhlükəsizlik sferasında Rusiyanın iştirakını məhdudlaşdıran prosesin sürətlənməsi deməkdir: Fransa Ermənistanda Rusiyanın boşalan yerindən böyük pay almaq niyyətindədir;

İkincisi, bu müqavilənin Fransa daxili siyasəti ilə də əlaqəsi istisna edilməməlidir: Avropa Parlamentinə seçkilərdə sağçılara məğlub olan Makron Milli Assambleyanı buraxdı, növbədənkənar seçkilərin I turu iyunun 30-da, II turu iyulun 7-də keçiriləcək və bu seçki yarışında ona Fransadakı erməni icmasının (yarım milyondan çox erməni seçici var) səsləri lazımdır.

Makronun Ermənistana hücum silahları verməsinin “müdafiə xarakteri” daşımadığı və Azərbaycana qarşı olduğu bəllidir, xüsusilə “Sezar” artilleriya sistemlərinin göstəriciləri və dünyanın ən yaxşı haubitsaları arasında ilk üçlükdə olması fonunda. Hərçənd, təcrübə bölgədə sülh gündəliyinə yarana biləcək risklərin Ermənistan üçün ağır nəticələrinin olduğunu təsdiq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki