image-qanunla-reklam
image-07c95287-5bc3-4d63-867a-a6127222b1ac

Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirib

image-lady-day-az

Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirib

Elimizdə – obamızda belə bir söz var deyərlər, “özümə yer edərəm sənə gör nə edərəm!” Bu günki Ermənistanın siyasi davranışını izləyincə adamda belə bir təsəvvür yaranır ki, ermənilərin tarixən milətimizə qarşı göstərdiyi məkrli münasibətinin nəticəsi olaraq bu söz misala çevrilib, dilə gətirilib. Çünki ermənilərin heç zaman nə torpağı, nə də dövləti olmayıb. Hazırda mövcud olan Ermənistan isə bir vaxtlar Azərbaycan torpağı olan İrəvan mahalı üzərində qurulub. Özlərinə yer edib dövlət qurduqdan sonra, yenə də məkrli niyyətlərindən əl çəkməyib millətimizin başına ağılasığmayan müsibətlər gətiriblər. Elə götürək sonuncunu. Sovetlər dağılandan sonra əsassız olaraq ölkəmizə qarşı torpaq iddiasına qalxdılar…
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi törənəndən bu yana, 44 günlük müharibə başlayanadək münaqişənin həll olunması istiqamətində xeyli addımlar atılmış, danışıqlar aparılmışdır. Bu məqsədlə 1992 – ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. Lakin fəaliyyəti dövründə Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir. Çünki bütün dövrlərdə Ermənistan danışıqlar zamanı özünü qeyri-konstruktiv və irrasional aparmış, anlaşılmayan möqe nümayiş etdirmişdir. Bu da münaqişənin uzanmasına, danışıqların mənasızlığına gətirib çıxarmışdır. Əslində həmsədr ölkələr uzun illər ərzində Azərbaycanın haqq səsini eşitmirdi və səhnə ortasında Ermənistanın maraqlarına uyğun xidmət göstərirdi. Bu da Ermənstan tərəfinin özünü irrasional və qeyri-konstruktiv mövqe sərgiləməsinə zəmin yaradırdı. Münaqişənin həlli yollunun yalnız siyasi danışıqlar yolu ilə həll edilməsini tövsiyə edən Minsk qrupunun həmsədr ölkələri unudurdu ki, Azərbaycan xalqının möhkəm iradəsi və səbri var.
Münaqişənin əvvəlindən Ermənistan sülh danışıqlarından yayınmış, faktiki olaraq siyasi yolla həllindən imtina etmişdir. Eyni zamanda, bir tərəfdən də mütəmadi olaraq atəşkəsi pozmaqla təxribat törədir və Azərbaycanı müharibəyə cəlb etməyə cəhd göstərirdi. Dövlət başçımızın söylədiyi kimi “Ermənistan əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarışda Azərbaycan torpağını Azərbaycana qaytarılmayacaq”.
Əlbəttə, Ermənistan rəhbərinin bu məsuliyyətsiz çıxışları artıq Azərbaycana meydan oxumaq kimi səslənirdi, amma unudurdu ki, “sözlə başa düşməyəni yumruqla başa salarlar” deyib atalarımız. Bəli, 28 il ərzində siyasi yolla aparılan sülh danışıqları məqamında Ermənistanın qeyri-konstruktiv və ağılla dərk edilməyən mövqe nümayiş etdirməsi münaqişənin hərbi siyasi yolla həll olunmasına rəvac verdi. Bir dəmir yumruq kimi birləşərək müzəffər Ali Baş Komandanmızın rəhbərliyi altında şanlı ordumuz əks hücum əməliyyatına keçdi və 44 günlük müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı.

Eynullayev Hüseyn,
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki