image-qanunla-reklam
image-milliazliq-ermenistan

Ermənistan dövlət kimi silinə bilər – Ekspert

image-lady-day-az

İşğal dövründə Ermənistan rəhbərləri hər il sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik günü”nü qeyd etmək üçün Qarabağa səfər edirdilər. Ancaq bu dəfə belə bir addım atmağa cürətləri çatmaz. Verilən məlumata görə, bu dəfə nə Nikol Paşinyan Xankəndiyə gələcək, nə də digər dövlət nümayəndələri. Bu, təbii ki, Azərbaycanın qətiyyətli şəkildə etdiyi xəbərdarlıqla bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqa görə, Ermənistan birdəfəlik bu məsələnin üstündən xətt çəkməli olduğunu, gələcəyə dair addımlar atılmasının vacibliyini başa düşməlidir:

“Qarabağın “statusu” haqqında təkidlə danışan, hay-küy salan erməni diasporu və kilsəsi başa düşməlidir ki, əgər belə davam etsələr, gələcəkdə Ermənistanın özünün statusundan danışmalı olacaqlar. Onlar öz dövlətlərinin gələcəyi haqqında düşünməlidirlər. Ermənistanda meydana çıxan revanşistlərin fəaliyyəti birbaşa Ermənistan dövlətinin varlığına təhdiddir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki