image-970_50
image-1628495463-editor_52ff9b4c173220d1b28af89b3ea5e324_wz6gmi0nxt79oqsjvcr3

Ermənistan əlilləri də orduya çağırır? – FOTO

image-728_90

“Oğlumun başına gətirilən müsibəti anlamıram. Başa düşürəm, yiyəsizlikdir, özbaşınalıqdır. Amma bu qədər də yox”.

Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistanın Meğri şəhərinin sakini Jora Xaçaturyan danışıb. O, oğlu Movsesin anadangəlmə əlil olması, onda “qısa ayaq” sindromunun mövcudluğunu bildirib:

“Oğlumun sol ayağı sağ ayağından 4 sm qısadır. Amma Meğri hərbi komissarlığının çağırış xidmətində oğlumu “hərbi xidmətə tam yararlı, sağlam” hesab ediblər. Dövlət qurumlarına üz tutdum, müraciət və şikayətlərin heç bir mənası olmadı”, – deyə J.Xaçaturyan bildirib.

48 yaşlı Liya Baqdasaryan da oğlu Hovanesin hərbi xidmətə çağırıldığını deyib:

“Oğlumun sol gözü faktiki olaraq görmür. Xəstəxanalardan kağızlar, arayışlar verdim, xeyri olmadı”.

Ermənistandakı hüquq müdafiəçilərinin dediklərinə görə, silahlı qüvvələrə çağırışda səhhətində ciddi problemlər olan gənclər belə, ordu sıralarına cəlb olunurlar.

Ermənistan Müdafiə Nazirliyi bu iddiaları qətiyyətlə təkzib etsə də, mövcud situasiya tam tərsini göstərir.

Ölkənin müxtəlif yerlərində səhhətində ciddi problemlər olan, hətta əlil sayıla biləcək gənclərin hərbi xidmətə çağırışı ilə bağlı faktların sayı durmadan artır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki