image-qanunla-reklam
image-mina-agdam

Ermənistan minaların dəqiq xəritələrini vermir – Ombudsman

image-lady-day-az

İnsan hüquqlarının qorunması yalnız bu günlə məhdudlaşmamlıdır.

Qanunla.Az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir:

“Bu ilki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Bu gün müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür”.

Ombudsman qeyd edib ki, həmin insanların hüquqlarının tam bərpası sahəsində bir çox çətinliklər var:

“Ən ciddi problem minalardır. Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur. Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar”.

Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında keçirilən ənənəvi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki