image-qanunla-reklam
image-1627897505-l-6r4-1589794919

Ermənistan müdafiə nazirinin birinci müavini işdən çıxarıldı

image-lady-day-az

Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan tutduğu vəzifədən azad edilib.

Qanunla.Az “Aysor”a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-də N.Paşinyan A.Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə qərar imzalamışdı. O, bu təyinata qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, iyulun 20-də Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Ona görə də A.Karapetyan müdafiə naziri səlahiyyətlərini də icra edirdi. Onun müdafiə naziri təyin ediləcəyi gözlənilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki