image-970_50
image-armen-serkisyan1

Ermənistan prezidentinə cinayət işi açıldı

image-728_90

Ermənistan Baş Prokurorluğu Prezident Armen Sərkisyana ikili vətəndaşlığı faktını gizlətməklə əlaqəli cinayət işi açıb.

Qanunla.Az  xəbər verir ki, bu məlumatı Ermənistan Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan öz Feysbuk səhifəsində paylaşıb.

Qeyd edək ki, mart ayında Ermənistanın 53 vəkili Sərkisyanın ikili vətəndaşlığını gizlətməsiylə bağlı İstintaq Komitəsinə müraciət etmişdi. Vəkillər müraciətində Sərkisyanın Britaniya vətəndaşlığının 2011-ci ildə yox, daha gec ləğv edildiyini iddia etmişdilər.

Ermənistan İstintaq Komitəsi vəkillərin müraciəti əsasında cinayət işi açmaqdan imtina etmişdi.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki