image-qanunla-reklam
image-1738214520-image_750x_679b084f14e34

Ermənistan sərhədini ruslardan alıb amerikalılara verir

image-lady-day-az

Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi hələ də hakimiyyətin gündəmindədir. 

Qanunla.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Məlumata görə, artıq Marqara və digər ərazilərdə Rusiya sərhədçilərinin tərkibində xidmət edən erməni sərhədçiləri artıq yeni iş yerləri axtarırlar.

Xatırladaq ki, hakimiyyət əvvəlcə “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin xidmətindən imtina etmişdi. Sonra Ermənistan-İran sərhədində rusların erməni sərhədçilərlə əvəz olunması perspektivi ilə birgə nəzarət yaradılıb və indi faktiki olaraq proses Ermənistan-Türkiyə sərhədinə çatıb.

Birgə imzalanmış sazişin yerinə yetirilməsi üçün, artıq fevral ayında Amerika sərhəd nəzarəti qrupu Ermənistana gedəcək. Bu o deməkdir ki, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində gömrük və sərhəd nəzarəti amerikalı mütəxəssislər tərəfindən idarə olunacaq. Qonşu İranın buna necə reaksiya verəcəyini Aİ müşahidəçilərinin fəaliyyətinə verilən qiymətlərdən müəyyən etmək olar. Tehran hesab edir ki, Ermənistan İrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün öz ərazisini Qərbə verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki