image-970_50
image-ermenistan

Ermənistan sülh danışıqlarından imtina edir – İsrail KİV

image-728_90

Qarabağ işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq ötən şənbə Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə jurnalist Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “İsrael HaYom” qəzetində çıxan “Ermənistan sülh danışıqları aparmaqdan imtina edir” sərlövhəli məqaləsində bildirib.

“Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Milli bayram şərəfinə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq sülhməramlı nitqlə çıxış edib. O bəyan edib ki, İkinci Qarabağ müharibəsindən sonra biz Cənubi Qafqazda sülhün, dialoqun və əməkdaşlığın inkişaf proseslərinin irəliləməsində maraqlıyıq.

Lakin Prezident İlham Əliyevin fikrincə, Ermənistan sülh danışıqları aparmaqdan imtina edir. Prezident bunu Bakıya gələn Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri ilə görüşündə bildirib.

“Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”, – deyən Azərbaycan Prezidenti əlavə edib ki, “bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil”. Regional sülhə dəstək məqsədilə avropalı rəsmi şəxslərin iştirakına gəlincə, Azərbaycan Prezidenti belə izah edib: “Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk”.

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert Arye Qut qeyd edir ki, Azərbaycan 30 il müstəqilliyi ərzində ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələr Gününü böyük vüsətlə və yüksək milli ləyaqətlə qeyd edir.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevi, müdafiə naziri Zakir Həsənovu, azərbaycanlı əsgər və zabitləri bu əlamətdar bayram, möhtəşəm və tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. 44 günlük “Dəmir yumruq” adlı hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçıları üzərində misilsiz və qüdrətli Qələbəsi və Ermənistanın tam kapitulyasiyası ilə başa çatdı. Ötən il Bakıda keçirilən hərbi parad çox böyük təsir bağışladı, XXI əsr müasir yüksək texnologiyalı Azərbaycan Ordusunun bütün qüdrətini nümayiş etdirdi. Bu gün faktdır ki, Azərbaycan postsovet məkanında 30 ildən sonra öz ərazilərini işğaldan azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə nail olan yeganə ölkədir”.

Arye Qutun sözlərinə görə, 10 gün bundan əvvəl Azərbaycan mina xəritələrinin müqabilində Ermənistana 15 nəfər hərbi əsir verib. Bu xəritələrdə təkcə Ağdam rayonunda 97 min minanın yeri göstərilir.

“Bu xəritələr insanların həyatının xilas olunmasına və Prezident İlham Əliyev tərəfindən regionun inkişafına istiqamətlənən layihələrin icrasının sürətləndirilməsinə kömək edəcək.

Mən işğaldan azad edilən ərazilərdə olmuşam və orada praktiki olaraq, nə bir ev, nə uşaq bağçası yaxud məktəb, nə kitabxana və muzey qalmayıb. Erməni işğalçı ordusu Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yer üzündən silməklə talançılıq və vandalizmlə məşğul olub. Əvvəllər küçə və evlərin olduğu yerdə mən indi qapı oyuqları, sütunlar və ətrafa səpələnmiş pəncərə çərçivələri gördüm. Xarabalıqlarda ağaclar bitmişdi. Minalanmış sahələrin xəritəsinin əldə edilməsi yüzlərlə azərbaycanlı vətəndaşın, o cümlədən minaların təmizlənməsində iştirak edən mütəxəssislərin, jurnalistlərin həyatını və sağlamlığını xilas edəcək, bərpa üzrə layihələrin icrasını sürətləndirərək, məcburi köçkünlərin evlərinə qayıtmasına kömək edəcək.

Ermənistan Azərbaycana Ağdam rayonunda minalanmış ərazilərin xəritəsini verdi. Bu, şübhəsiz, erməni saxtakarlığının, dünya birliyinin diplomatik, hətta cinayətkarcasına aldadılmasının növbəti sübutudur. Bakıdan olan çoxsaylı müraciətlərə baxmayaraq, bu vaxtadək Ermənistan rəhbərliyi minalanmış sahələrin xəritəsini təqdim etməkdən imtina edirdi”.

İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır: “Azərbaycan 30 il erməni işğalı altında qalan ərazilərini azad edən qalib dövlət kimi bütün dünyaya Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü sübut etdi”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki