image-qanunla-reklam
image-pashinyan

Ermənistan sülh sazişini imzalamağa hazırlaşır – KİV

image-lady-day-az

Bu günlərdə Ermənistan hökuməti və Ermənistan Xarici İşlər Nazirliyi sülh razılaşmasına hazırlıqla bağlı aktiv iş aparırlar.

Qanunla.Az xəbər verir ki, bu məlumatı Ermənistanın “Past” qəzeti öz mənbələrinə istinadən yayıb.

“Bizim mənbəmizin məlumatına görə, Nikol Paşinyanın tapşırığı əsasında nazirliyin ekspertləri və beynəlxalq hüquq üzrə mütəxəssislər qrupu hökumət aparatı ilə birgə son günlər dərin tədqiqatlar aparır və oxşar sənədə presendentlər tapmağa, eləcə də imzalanma öncəsi danışıqlar prosesinə hazırlıqlar görməyə çalışırlar. Xüsusilə, hansı konkret təkliflərin, tələblərin danışıqlar zamanı təqdim olunacağı, eləcə də tərəflər arasında hansı kompromislər və güzəştlərin reallaşdırılacağı ilə bağlı paket tərtib olunacaq. Bizdə olan məlumata görə, qarşı tərəfdə də iş aparılır. Mənbəmiz bu prosesin Kremlin cəlbi ilə aparıldığını, ilk razılıqla bağlı müzakirələrin oktyabrda başlayacağını söyləyib”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki