image-qanunla-reklam
image-259bd14d-e698-3c66-9575-32543f37a08c_850

Ermənistanda cinayətkarlıq artıb

image-lady-day-az

Ermənistanda 2021-ci ilin ilk 9 ayı ərzində ümumi cinayətkarlığın sayı 6,1 faiz artıb.

Qanunla.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Polisi rəisinin müavini Ara Fidanyan noyabrın 1-də parlament komissiyasında 2022-ci il üçün dövlət büdcəsi müzakirə olunan zaman deyib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk 9 ayında 19 662 hadisə, 2021-ci ilin eyni dövründə 20 863 hadisə törədilib.

Müavin qeyd edib ki, əsasən, dələduzluq, oğurluq və yol hərəkəti qaydalarının pozulması halları artıb: “Onlardan 711-i korrupsiya, 161-i rüşvətxorluq, 66-sı vəzifədən sui-istifadə, 93-ü vəzifə saxtakarlığı, 211-i vəzifə səlahiyyətlərindən sui-istifadə, 51-i səlahiyyət həddini aşmaq xarakterlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki