image-qanunla-reklam
image-1622109852_ermenistan-yerevan-etiraz

Ermənistanda hərbi vəziyyət tətbiq oluna bilər

image-lady-day-az

Ermənistanda yenidən hərbi vəziyyət tətbiq edilə bilər.

Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan bildirib. Onun sözlərinə görə, sərhəddə vəziyyət gərginləşərsə, hərbi vəziyyətin tətbiqi istisna deyil.

Koçaryan əlavə edib ki, səfərbərlik resurslarını qaydaya salmağın və hadisələrin hər cür inkişafına hazır olmağın vaxtı çatıb:

“Sərhədlərdə gərginlik artdı və daha da gərginləşməməyə çalışmalıyıq. Gələcəkdə gərginliyin qarşısını almaq üçün silahlı qüvvələrin idarəolunmasını artırmaq və həqiqi bir səfərbərlik resursu formalaşdırmaq lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki