image-qanunla-reklam
image-7d5c40b8-d125-3275-be6a-d59ef9b11e28_850

Ermənistanda koronavirus xəstələri üçün çarpayı çatışmır

image-lady-day-az

 

Ermənistanda koronavirus xəstələrinin yerləşdirilməsi üçün xəstəxanalarda çarpayı çatışmır.

Qanunla.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika üzrə yoluxucu və qeyri-yoluxucu xəstəliklər şöbəsinin müdiri Romella Abovyan bildirib.

“Ermənistanda koronavirusla bağlı vəziyyət çox gərgindir”, – şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma gəncləşib: “Əvvəllər daha çox 3050 yaş qrupu arasında yoluxmaya təsadüf edilirdisə, indi artıq uşaqlar arasında da yoluxma artıb. Yoluxan uşaqlar isə xəstəxanaya yerləşdirilməlidir. Xəstəxanalar yüklənib, çarpayılar tükənib. Çox ağır xəstələr var, vəziyyət acınacaqlıdır”.

Qeyd edək ki, oktyabrın 13-nə olan məlumata əsasən, Ermənistanda son sutkada 1 271 nəfər koronavirusa yoluxub, 28 nəfər isə bu virusdan ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki