image-qanunla-reklam
image-ermeni-qeza

Ermənistanda kütləvi zəhərlənmə

image-lady-day-az

Ermənistanın Şirak vilayətində əhali arasında kütləvi zəhərlənmə baş verib.

Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ayrum kəndinin 43 sakini kəskin bağırsaq infeksiyası ilə Gümrüdəki xəstəxanaya müraciət edib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

Nazirlik zəhərlənən şəxslərin açıq yerdə hazırlanmış kabab yediklərini bildirib. Qeyd olunub ki, məhsul soyuducuda saxlanılmayıb və zəhərlənməyə səbəb olub.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki