Ermənistanda 2 hərbçi qar uçqunu nəticəsində ölüb.
“Qanunla.az” xəbər verir ki, Ermənistan MN-in məlumatına görə, hadisə Xnatsax kəndi (Xanazax, Gorus rayonunda kənd – red.) yaxınlığında olub.
“Uaz” markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbi qulluqçular Zorand Hranti Arzumanyan və Zorak Samveli Yeranosyan ölüblər.
Məlumata görə, daha iki hərbçi yaralı vəziyyətdə qarnizon hospitalına çatdırılıb.
Qeyd edək ki, Ermənistan ordusunun daha bir hərbi qulluqçusu fevral ayının 19-da naməlum şəkildə aldığı güllə yarasından ölmüşdü.