image-970_50
image-45762460

Ermənistanın ekoloji terroru beynəlxalq təşkilatlar tərəfindən ciddi araşdırılmalıdır – Deputat

image-728_90

Ermənilərin Azərbaycan ərazilərini işğal altında saxladıqları müddətdə törətdikləri ekoloji terror beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

 

Kanal4.az xəbər verir ki Bunu Trendə ,Milli Məclisin deputatı İltizam Yusifov deyib.

 

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı etdiyi çıxış siyasi və tarixi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu müzakirələr zamanı 44 günlük şanlı Vətən müharibəsi və qarşıda duran vəzifələrə toxunub: “Cənab Prezidentin çıxışı bir daha onu deməyə əsas verir ki, Azərbaycan haqq yolundadır və bizi bu yoldan heç kim döndərə bilməz. Dağlıq Qarabağ münaqişəsi artıq arxivə qovuşub. İndi Dağlıq Qarabağ deyilən bir ifadə qalmayıb. Biz artıq Qarabağın inkişafından danışırıq və qısa zamanda bu ərazilərdə həyata keçirilən layihələr öz müsbət nəticələrini verəcək”.

Deputat onu da bildirib ki, düşmənlə mübarizə davam edir: “Düşmən bizim torpaqlarımızı işğal etməklə ölkəmizə həm iqtisadi, həm də ekoloji ziyan vurub. Bu istiqamətdə ilkin qiymətləndirmə aparılıb və beynəlxalq təşkilatlar da məlumatlandırılıb. Uzun sürən işğaldan sonra Şanlı Azərbaycan Ordusu cəmi 44 günə Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı azad etdi. Lakin vandal düşmən işğaldan azad etdiyimiz ərazilərdə özlərindən geriyə xarabalıqlar və ekoloji fəlakət qoyub gedib”.

İ.Yusifov vurğulayıb ki, düşmən onilliklər ərzində işğal etdiyi ərazilərimizi, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq birliyin nəzarətindən kənarda saxlaya bilib: “Dünya birliklərinin nəzarətindən kənarda qalan ərazilərdə ermənilər burada qanunsuz, beynəlxalq konvensiyalara zidd fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi ilə məşğul olub, ərazi həm xarabazara, həm də cinayətkarlar yuvasına çevrilib”.

“Prezident İlham Əliyev 2021 il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olarkən bu fikri bir daha səsləndirmişdir: “Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir” – deyə, deputat qeyd edib.

Onun sözlərinə gör, erməni qəsbkarları işğal altında saxladıqları dövrdə digər ərazilərə olduğu kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bir sözlə, burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki