Azərbaycan regionda yeni infrastruktur layihələrini reallaşdıraraq, öz milli maraqlarını qorumaqla yanaşı, geopolitik mütərəqqi addımlar atır. Xüsusilə, Naxçıvan Muxtar Respublikasi ərazisində yeni körpü inşası və Zəngilan rayonu ərazisində davam edən körpü tikintisi Azərbaycandan Azərbaycana maneəsiz keçidin təmin edilməsi istiqamətində atılan strateji addımlardandır. Bu proseslərin fonunda Ermənistana tranzit ölkə statusu qazandırmaq arzuları isə reallıqla uzlaşmır. Belə ki, Ermənistan geosiyasi mühitdə öz öhdəliklərini yerinə yetirməməklə və dalan dövlət kimi qalmaqla, iqtisadi və siyasi baxımdan daha çox itirən tərəf olur. Azərbaycan dövləti birmənalı olaraq bildirir ki, Azərbaycandan Azərbaycana keçid tam maneəsiz olmalıdır və bu, danışılmaz prinsipdir.
Qeyd edilməlidir ki, Qərbi Zəngəzurun 1920-ci ilin noyabrında Sovet hakimiyyəti tərəfindən Azərbaycandan ayrılması tarixi ədalətsizlik idi. Bu, Azərbaycan xalqının yaddaşından silinməyəcək bir fakt kimi qalır. Bunun ardıncə 20-ci əsrdə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və 1990-cı illərdə torpaqlarımızın işağı Azərbaycan xalqına qarşı tərəddüdsüz cinayətlər idi. Azərbaycan ölkə olaraq Ermənistanın ərazi bütövlüyünə iddia etmir, lakin Ermənistan öz öhdəliklərini yerinə yetirmək və Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etmək məcburiyyətindədir. Bu, beynəlxalq sövdələşmələr və regional stabillik baxımından vacibdir. Ermənistanın tranzit ölkə statusu qazanmaq arzuları, bu faktlar fonunda gerçəkləşməyəcək və onlar nəticə etibarılə daha çox itirən tərəf olacaq. Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasına önəm verir. Bu istiqamətdə qlobal platformalarda aktiv rol oynayaraq, beynəlxalq ictimaiyyətin diqqətini həqiqətə və ədalətə cəlb edir. Hazırda Azərbaycan regionun aparıcı iqtisadi və siyasi gücünə çevrilmişdir. Beynəlxalq təşkilatlar Azərbaycanın hərbi və iqtisadi potensialının artmasını yaxından izləyir. Şübhəsiz ki, bu proses Azərbaycanın milli maraqlarını qorumaq yolunda yeni imkanlar açır. Ermənistanın təxribatçı siyasəti bu gün də davam edir və regionda uzunmüdətli sabitliyi təhdid edir. Azərbaycan dövləti bu sürecə qətiyyətlə cavab verir və milli maraqlarını qoruya biləcək gücə sahibdir
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli