image-qanunla-reklam
image-1629357572-1329443

Əşrəf Qani Əfqanıstana QAYIDACAQ

image-lady-day-az

Ölkədən qaçan Əfqanıstan Prezidenti Əşrəf Qani tezliklə Əfqanıstana qayıdacaq. 

Qanunla.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə prezident özü danışıb.

“Mən Birləşmiş Ərəb Əmirliklərindəyəm, amma tezliklə ölkəmə qayıdacağam. Əfqanlara görə  ədalət əldə etmək üçün”, -deyə Qani bildirib.  Amma o, bunu əvvəlcə “başqaları” ilə məsləhətləşəcəyini deyib:

“Kabulu tərk etmək məcburiyyətində qaldım, paytaxtda qan tökülməsinə səbəb olmaq istəmədim. Təhlükəsizlik orqanları “Taliban” paytaxta girəndə çevrilişə bənzər bir şey olduğunu söylədikdə saraydaydım”.

Hazırda astarışda olduğunu deyən siyasətçi özünü xəyanətkar hesab etmədiyini vurğulayıb:

“Mən vətənə xəyanət etmədim və hamıdan şayiələrə fikir verməmələrini istəyirəm. Biz Kabul üçün sülh istədik və onun məhv edilməsini istəmədik. Ümid edirəm ki, Əfqanıstanda müharibə bitəcək. Bu uğursuzluqda silahlı qüvvələrimiz məsuliyyət daşımır, günahkar siyasətçilərdir”, – deyə o əlavə edib.

Qani, Kabulun təhlükəsizliyini təmin etmək və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün “Taliban”la danışıqlar apardığını da qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki