image-qanunla-reklam
image-fb_img_1623142240330

EURONEWS-un erməni sevgisi…

image-lady-day-az

EURONEWS-un erməni sevgisi…

…və ya Azərbaycanı yeni informativ bloka çəkmək Ermənistana nə verəcək?!.

İkinci vətən müharibəsi zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev dayanmadan xarici KİV-lərə müsahibə verirdi. Diqqəti çəkən məqam o idi ki, xarici KİV-lərdən müsahibələrə əsasən Azərbaycan simpatiyası olmayan, ermənipərəst jurnalistlər göndərilirdi. Hətta onlar tərəfli suallar verməkdən də çəkinmirdilər. Özü də Azərbaycan Prezidentinin ritorikasını yox, qıcığını görmək, aqaressiv reaksiyasını almaq üçün əllərindən gələn bütün peşəkar tryukları edirdilər. Alınmadı, çünki ciddi mənəvi, psixoloji, informativ hazırlıqlı siyasətçi var idi qarşılarında. Müsahibəyə gələndə hesablamadıqları yeganə məqam bu idi. Dünya liderləri sırasında ən az müsahibə verənlərdən sayılar Azərbaycan Prezidentinin nitq və hazırlılıq imkanları barədə təəssüratları yox idi. Daha dəqiqi yalnış təəssüratları var idi. Bütün bunlar son dərəcə vacib və lazımlı idi. Məhz həmin müsahibələrə görə müharibə dönəmində düşmən və müttəfiqləri Azərbaycanı informasiya blokadasına ala bilmədi. İnformasiya sahəsində öndə olmaq, hərbi müstəvidə qələbənin demək olar ki, yarısıdır. Bizim qədər düşmən də bunu dəqiq bilirdi. Beləcə Azərbaycan qalib dövlət oldu. Haqq elədiyi qələbəni qazandı, torpaqlarını geri qaytardı. İndi məsələ diplomatik həllini tapmaq üzrədir. Həm də bir qədər dəyişikdir vəziyyət. Diplomatik masadakı Qarabağ və onun ətrafında baş verənlərdən dolayı xarici KİV-lərdə Azərbaycan rəsmilərinə istinadlar kəskin azalıb, müsahibələr ümumiyyətlə gözə dəymir. Bunun taktiki gediş olmadığı aydınır. Rəsmilər həmişəki kimi ya təlimat gözləyir, ya da aşırı çəkingəndir. Bunun nəticəsi isə o qədər ürəkaçan deyil. Ermənistanın bəzən özü, bəzən də havadarları, hətta daşnaqlar vasitəsilə ciddi şəkildə nəhəng informasiya məkanları ilə dostlaşır. Bu sırada son ələ almağa çalışdıqları, daha dəqiqi ələ almağı hədəflədikləri EURONEWS-dur. O EURONEWS ki, zamanından Azərbaycanla bağlı öz efirində qısametrajlı film yayınlayırdı…

***

Bu arada iki gün öncə ermənilər tərəfindən qətl edilən, şəhadət zirvəsinə ucalanlar sırasında həmkarlarımız da oldu. AZTV və AZƏRTAC-ın, iki rəsmi dövlət xəbər KİV-nin əməkdaşı ermənilərin basdırdığı tankəleyhinə minaya düşdü. Faciəli şəkildə həyatlarını itirdilər. Ermənilərə göstərdiyi “ədaləti” EURONEWS və digər xarici xəbər agentlikləri, televiziyaları və ya saytlarında azərbaycana qarşı görmədik. Ən azından həmkar olaraq, xəbər lentinə salınması mümkün idi. Nədənsə rast gəlmədik. Daha dəqiqi bu ədaləti görmədiyimizdən göstərmədik də. Amma bu o demək deyil ki, susmağa davam etməli əməli iş görməməliyik. Xatırladıram, 47 günlük ikinci VƏTƏN savaşnda Azərbaycan Prezidenti dayanmadn otuzdan çox dünya KİV-nə müsahibələr vemişdi. Bu Azərbaycanı müharibə dönəmində ermənilərin və havadarlarının informasiya blokadasına salmasının qarşısını almışdı. İndi də müharibə deyil. İndi də bu işi dövlətin birinci şəxsi görəsi deyil. Bu istiqamətdə artıq beynəlxaq arenaya çıxmaq imkanı olan yerli və milli meia qurumları, informasiya siyasəti yetkililəri adım atmalıdır. İran, Gürcüstan, Rusiyada KİV məkanında ermənilər informasiya siysəti işini möhkəmlədib. Bizim yeganə etibarlı məkanımız Türkiyə Cümhuriyyətidir ki, o da tərəf sayılır. Necə ki, Türkiyə və İran tərəfdir. Deməm o ki, sadalanan məkanlarda cəhtlər etməklə yanaşı, beynəlxalq media quruluşları ilə də əməkdaşlıqları gücləndirmək lazımdır. Əks halda ermənilər bir addım öndə olacaq. Biz bir addım geridə. İndiki halda, Qarabağın diplomatik masada olduğu müddətdə bu heç də sərfəli nəticə verməyəcək. Çünki təkcə bizdə deyil, bütün dünyada belədir, sözü birinci deyənə, ilk cümləyə və qoyulan başlığa daha çox diqqət edilir. Bu mənada sərhəddə Rusiyadan hərbi köməklik dilənən Paşenyanın yazıqlaşmış rəsmi, Putinin gülümsən və bic siması, üstəlik EURONEWS-un Paşenyan sevgisi və Qarabağa diqqəti daha da artacaq.

Başqa bir məqamı da qeyd etməkdə fayda var. Qarabağı hərbi müstəvidə uduzan, siyasi müstəvidə gülüş obyekto olan, diplomatik masada müzakirələrin gedişində terrorlar törədən Ermənistana xarici KİV-lərlə əməkdaş olmaq nə verə bilər? Bu sualın çox bəsit cavabı var, az əvvəl də qeyd etdiyimiz kimi xəbər savaşında öndə olmaq müharibəin yarısını qazanmağa bərabərdir. İndi bir sual var qarşımızda, biz dövlət başçısının qazandığı o müstəvini ermənilərə gerimi verəcəyik? Və ya geri veririrkmi? Və yageri verməmək üçün nələr edirik?!.

Jalə Mütəllimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki