image-qanunla-reklam
image-fotojet-3

Evi tərk edən koronavirus xəstəsi qadına cinayət işi açıldı

image-lady-day-az

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini Dilrubə Pirməmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon polis şöbəsinin (RPŞ) əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Təhqiqat araşdırması zamanı pandemiya qaydalarını pozub bu xəstəliyin yayılmasına real şərait yaratmış həmin şəxs barəsində Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki