ABŞ-ın Merilend ştatının 49 yaşlı sakini ilan sancmasından həyatını itirib.
“Qanunla.az” xəbər verir ki, evində 124 ilan bəsləyən kişini yaxınları huşsuz vəziyyətdə tapıblar. Devid Riston xəstəxanaya çatdırılsa da, həkimlər onun ilan dişləməsindən zəhərlənərək öldüyü bildiriblər.
Məlumata görə, Devidin evində çıngırdayan ilanlar, kobralar və 4,5 metr uzunluğunda birma pitonu var. Ristonun bu ilanlardan biri tərəfindən dişləndiyi güman edilir.