image-qanunla-reklam
image-vilayet-eyvazov

Eyvazov məşhur polkovniki DYP rəisi təyin etdi

image-lady-day-az

Polis polkovnik-leytenantı Rafiq məmmədov Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qanunla.Az  Manset.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin olunan Rafiq Məmmədov uzun illərdir polis orqanlarında çalışır. O, Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Xəzər və Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunaraq Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (MERO) rəisi təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki