image-qanunla-reklam
image-yenigundem_3d5a691d3269460cedd1e1a8e76829da_2f1wzusrg8xtyjav6eq9-620x460

Əziz Ələkbərli: “Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayacaqsa, Zəngəzurda, Dərələyəzdə və Göyçədə də ermənilərlə azərbaycanlıların birgəyaşayışı təmin olunmalıdır”

image-lady-day-az

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə cənab Prezident bir daha qeyd etdi ki, bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər nəticəsində yaranan yeni vəziyyət yeni yanaşmalar tələb edir. Və cənab Prezidentin bir daha Cənubi Qafqazda inkişaf və əməkdaşlığın perspektivlərini cızdı və yeni yanaşmaların formullarını ortaya qoydu.

Bu məsələ ilə bağlı “Yeni Gündəm”-ə millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli münasibət bildirdi.

Cənab Prezident 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların bu ərazilərdə törətdikləri vəhşiliklərə baxmayaraq, yenə də gələcəyə baxmağın vacibliyini vurğuladı, “Azərbaycan gələcəyə nəzər salmağa hazırdır”, – deyə bəyan etdi. Cənab Prezident ümid etdiyini bildirdi ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.

Onu da bildirdi ki, bu, xüsusən kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq, yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.

Əlbəttə, “öyrənməliyik” deyəndə cənab Prezident son 100 ildə Azərbaycanın tarixi torpaqlarında qondarma Ermənistan dövləti yaradıb, onu monoetnik dövlətə çevirən ermənilərə növbəti mesajını verdi. Çünki Azərbaycan zatən çoxmillətli, tolerant ölkədir və burada müxtəlif xalqların və müxtəlif dinlərin yanaşı yaşamasının minillərə söykənən tarixi təcrübəsi var. Bu, birgəyaşayışın Azərbaycan formuludur. Ermənilərin dar düşüncəsində isə birgəyaşayışın formulu belədir ki, ermənilər dünyanın bütün ölkələrində bütün xalqlarla birgə yaşaya, həmin dövlətlərin bütün siyasi, iqtisadi resurslarından geninə-boluna istifadə edə bilər, amma heç bir xalq Ermənistanda ermənilərlə birgə yaşaya bilməz. Məsələn, bu gün Gürcüstanda, Rusiyada, Türkiyədə, İranda ermənilər rahat yaşayır, amma Ermənistanda ruslara, gürcülərə, türklərə, iranlılara yer yoxdur. Hazırda ermənilər Azərbaycana da birgəyaşayışın bu “formulunu” təklif edirlər, yəni Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşaya bilər, amma 1988-1991-ci illərdə Ermənistandan qovulmuş 300 min azərbaycanlı Ermənistandakı dədə-baba ocaqlarına qayıdıb ermənilərlə yanaşı yaşaya bilməz. Ermənilər birdəfəlik bilməlidirlər ki, belə birtərəfli birgəyaşayış dayanıqlı ola bilməz və erməni faşizminin təzahürüdür. Bu gün ermənilərlə azərbaycanlıların birgəyaşayışının yeganə formulu Azərbaycanda, Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışı kimi, Ermənistanda – Zəngəzurda, Dərələyəzdə və Göyçədə də ermənilərlə azərbaycanlıların birgəyaşayışının təmin olunmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki