image-qanunla-reklam
image-1642953216-1eae8120-4573-318c-ba46-a16d82883fee_850

“F-16-ların tədarükü barədə danışıqlar yaxşı keçib” – Hulusi Akar

image-lady-day-az

Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.

Qanunla.Az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik”, – nazir deyib.

“Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, – Hulusi Akar əlavə edib.

Bundan əvvəl CNN-Türk amerikalı mənbələrinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar Qara dənizdə NATO-dan olan müttəfiqlərini gücləndirmək üçün Türkiyənin F-16 qırıcılarının alınması ilə bağlı müraciətini təsdiqləyə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki