Xalq artisti Faiq Ağayev barəsində dezinformasiyalar yayılıb. Belə ki, müğənnin Vikipediya səhifəsinə müdaxilə edilərək orada ölüm tarixinin qeyd ediblər.
Qanunla.Az xəbər verir ki, Faiq Ağayev feyk xəbərlərlə bağlı “Facebook”dan pərəstişkarlarına xəbərdarlıq edib.
“Allah mənə rəhmət eləsin! Bu dezinformasiyalara uymayın, dostlar. Artıq lazımi düzəlişlər etdik”.
Xalq artisti bu cür halların qarşısını almaq üçün aidiyyəti dövlət orqanlarına da müraciət edib.
Xatırladaq ki, son zamanlar vətən müharibəsinin ildönümü ərəfəsində rusdilli sosial şəbəkələrdə müxtəlif saytlar və telegram kanalları vasitəsilə Azərbaycan əleyhinə təxribat və dezinformasiya xarakterli məlumatlara yer verilir.