Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.
Qanunla.Az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin evdə “Fənərbağça”ya 1:2 hesabı ilə uduzduqları Superliqanın XIII tur matçında baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub.
Həmin qarşılaşmada qırmızı vərəqə ilə texniki zonadan qovulan Terim 5 oyunluq diskvalifikasiya cəzası alıb. O, derbidəki qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının başında ola bilməyəcək.