image-qanunla-reklam
image-fb_img_1633528285977

Fədakar müəllimə, ŞƏHİD anası

image-lady-day-az

Fədakar müəllimə, ŞƏHİD anası…

05.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 05 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı Qələbəmizə öz töhfəsini verən qəhrəman şəhidlərimizdən biri, baş leytenant , ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunan Ağaqardaş Abbasovun (Zərdab rayonu Hüseynxanlı kəndi) anası Dilbər müəlliməni ziyarət edib.
Şəhidin anası ilə görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən bəhs edilib. Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Vətən müharibəsində iştirak edən qəhrəman təhsil işçilərindən söhbət açaraq, onların daim qəlblərdə yaşayacağı vurğulanıb.
Şanlı tarix yazan, ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan, sonsuz sevgi ilə hərbiçi olmaq istəyini realllaşdıran və vətən yolunda həlak olan –Şəhid Ağaqardaş Ağayev….
Ailənin tək oğlu, iki bacının bir qardaşı, Müəllim ananın müəllim hərbiçi oğlu…….
şəhid verən müəllim ana cənnətdəki müəllim oğlunu təbrik etdi….
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən qəhrəman Şəhidin anasına vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edilib.

image-fb_img_1633528285977 image-fb_img_1633528290468 image-fb_img_1633528293885 image-fb_img_1633528296912 image-fb_img_1633528304503 image-fb_img_1633528338249

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki