Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 14 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Qanunla.Az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib.
“Mersedes” markalı mikroavtobus və VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğramış mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.