Samuxda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Qanunla.az xəbər verir ki, rayon ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə gedən Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənlərindən biri, 1991-ci il təvəllüdlü T.Məmmədov bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Belə ki, yanğınsöndürən maşın sürətlə hərəkətdə olan zaman sərt döngədə anidən maşının qapısı açılıb və T.Məmmədov hündürlükdən yerə yıxılıb. O, ağır kəllə-beyin travması alıb və özəl xəstəxanaların birinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.