image-qanunla-reklam
image-kulekli-yeni

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

image-lady-day-az

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Qanunla.Az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.

“Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!”, – məlumatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki